525.Az

Rusiya Azərbaycana 18 ədəd «Vena» özüyeriyən topu satacaq


 

Rusiya Azərbaycana 18 ədəd «Vena» özüyeriyən topu satacaq<b style="color:red"></b> Rusiya Azərbaycanla 2S31 «Vena» özüyeriyən topların alğı-satqısına dair müqaviləni 2014-cü ilin sonuna qədər tam şəkildə həyata keçirəcək.
 
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
 
Yaxın vaxtlarda «Kurqanmaşzavod» müəssisəsi tərəfindən istehsal olunmuş özüyeriyən topların ilk partiyası Azərbaycana təhvil veriləcək.
 
Qeyd edək ki, Azərbaycan və Rusiya arasında 2012-ci ildə imzalanmış müqavilə çərçivəsində 18 ədəd «Vena» özüyeriyən artilleriya qurğusu alınması nəzərdə tutulub. BMP-3 döyüş maşınlarının şassisi üzərində hazırlanmış «Vena» sistemi 120 mm çaplı topa malikdir.
 
Xatırladaq ki, bu ilin sentyabr ayında Azərbaycanın sifariş verdiyi «Vena»ların istehsalına başlanıldığını əks etdirən fotolar yayılıb.
 





22.10.2013    çap et  çap et