525.Az

Bakıda "Hindistan günləri" sərgisinin açılışı oldu


 

Bakıda "Hindistan günləri" sərgisinin açılışı oldu<b style="color:red"></b>

Bakıda "Hindistan günləri" sərgisinin açılışı olub.

APA-nın xəbərinə görə, sərginin açılış mərasimində Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna iştirak edib.

Bakı İdman Sarayında “Best of İndia”- “Hindistanın ən yaxşıları” adı altında bu ölkənin məhsullarının sərgisi üçün 60-dan çox stend təşkil olunub.

Sərgidə Hindistanın 40-dan çox şirkətinin təqdim etdiyi çay, ədviyyat, düyü, ev avadanlığı, geyim və tekstil əşyaları, zərgərlik və kirşan məmulatları nümayiş olunur. Qarşıdakı günlərdə stendlərin sayının artırılacağı bildirilib.

Sərgi sentyabrın 8-dək davam edəcək.

Sərgiyə giriş sərbəstdir.

 





30.08.2019    çap et  çap et