525.Az

Özünüməşğulluq proqramı çərçivəsində daha 420 ailəyə aktivlər verilib


 

Özünüməşğulluq proqramı çərçivəsində daha 420 ailəyə aktivlər verilib<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramı çərçivəsində rayon və şəhərlərdə işsiz və işaxtaran şəxslərin kiçik ailə təsərrüfatlarının yaradılması prosesini davam etdirir.

Nazirlikdən verilən məlumata görə, iyul-avqust aylarında daha 420 ailəyə mal və materiallar formasında aktivlər təqdim olunub və onlar verilmiş aktivlər hesabına öz təsərrüfatlarını yaradıblar. Təsərrüfatların böyük əksəriyyəti kənd təsərrüfatı sahələrini (heyvandarlıq, bağçılıq, arıçılıq, istixana və s.) əhatə edir.

Bu il üzrə özünüməşğulluq proqramı çərçivəsində artıq 1500-dək kiçik ailə təsərrüfatı yaradılıb.

Ümumilikdə, cari ilin ötən dövründə 4500-dək şəxs özünüməşğulluq proqramına cəlb edilib. Onlar əsasən əlilliyi olanlardan, aztəminatlı, çoxuşaqlı, şəhid, məcburi köçkün, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərindən ibarətdir.

2019-cu il ərzində 10 minədək ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulub.

CEYHUN

 





01.09.2019    çap et  çap et