525.Az

Nazimsiz - Xalq yazıçısı Anar yazır


 

Nazimsiz - <b style="color:red">Xalq yazıçısı Anar yazır </b>

Taleyim mənə yalnız ay yarım məzuniyyət müddətində Zuğulbada sırf yaradıcılıqla  məşğul olmağa vaxt ayırıb. Uzun illərdən bəri tamamlamağa çalışdığım sənədli roman üzərində  işləyirdim. Telefon zəngi gəldi. Çingiz idi: “Anar müəllim, pis xəbər var. Nazim müəllim vəfat edib”.

İki gün əvvəl idarədə Nazimin daxili telefonundan cavab çıxmayanda cib telefonuyla zəng etdim. Həmişəki gümrah səslə:

- Bu gün işə çıxmamışam - dedi. - Bazar ertəsi gələcəm. Yazıçılar eviylә bağlı bәzi mәsәlәlərin һәlli üçün zәng etmәli olacaqsan.

Hörmətli Prezidentimizin Yazıçılar evi məslələsinin həllinin uzun müddətdən bəri  ləngiməsiylә bağlı konkret göstərişi, Şüvəlandakı yaradıcılıq evimizdən qaçqınların köçürülməsi, binanın təmiri  haqqında qərarı Nazimə qol-qanad vermişdi. Bu sahədə çoxillik təcrübəsindən və səriştəsindən faydalanaraq, yazıçılarımız üçün mənzil və istirahət yerlərinin yaradılması üçün can-başla çalışırdı. İş otağı həm yaşayış binasının, həm yaradıcılıq evinin həyata keçiriləcək layihələriylə dolu idi. Əfsus ki, bu layihələr Nazimsiz həyata keçiriləcək.

Sovet dönəminin naziri, deputatı, raykom katibi, Ensiklopediyanın Baş redaktoru, nəşriyyat müdiri Nazim İbrahimov bәzilәri Heydәr Әliyevdәn üz döndәrәndә Naxçıvana onun yanına getmiş, Yeni Azərbaycan Partiyasının proqramını çap etmişdi.

Öz təşəbbüsüylə və rəhbərliyi ilə Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə ensiklopediyalarını nəşr etmişdi. Mənim ikicildlik “1500 ilin oğuz şeiri” antologiyamın və üçcildlik “Literatura, İskustvo, Kultura Azerbaydjana” kitablarımın yüksək poliqrafik səviyyədə çıxması Nazimin xidmətidir.

Universitetdә tәlәbәlik illәrindәn tanış olduğum Nazimlә sonralar dost, son illәr isә iş yoldaşı, həmkar olduq. Nazimin zәngin inzibatı tәcrübәsini nәzәrә alaraq onu Yazıçılar Birliyinә, sәdr müavini vәzifәsinә dәvәt etdim. Bu vәzifәdә Yazıçılar Birliyinin binasının tәmiri işlәrindә, yazıçıların müxtәlif mәişәt problemlərinin һәllindә Nazimin xidmәtlәri әvәzsizdir. Nazim әdәbiyyatımızın daһa geniş miqyasda tәbliği üçün “Mir literaturı” qәzetinin çap olunmasının tәşәbbüskarıdır. Nazimin yazıçılarımız, Yazıçılar Birliyi üçün gördüyü işlәri bilәnlәr bilir.

Uzun ömür sürməyin bir mәşәqqәti dә dostları bir-bir itirmәkdir. Ömrümün qalan günlәrinin Nazimsiz yaşayacağımın  nisgilini duyuram. Hәmişә sәliqә-saһmanla geyinәn, hәmişә lәyaqәtini, qürurunu saxlayan, heç vaxt һeç kәs qarşısında әyilmәyәn, etibarlı dostun yoxluğunu düşünmәk ağırdır. Daxili telefonla sәsini bir daһa duymayacağımı, “yanında һeç kәs yoxdursa, boşsansa gәlirәm” sözlәrini bir daһa eşitmәyəcəyimi düşünәrkәn özümə yer tapmıram.

Әlvida Nazim, etibarlı dost, ömrünü xalqına sәrf etmiş әsl Azәrbaycan ziyalısı, safqәlbli, kübar, aristokrat, təmannasız insan.

1 sentyabr 2019

 





02.09.2019    çap et  çap et