525.Az

Tüdor sülaləsinin uğurları və bədbəxtliklər seriyası - Telman Orucov yazır


 

Tüdor sülaləsinin uğurları və bədbəxtliklər seriyası - <b style="color:red">Telman Orucov yazır </b>

(Əvvəli ötən şənbə sayımızda)

O, öz xəttini davam etdirəcəkdir və adamlar qız varisin olması fikrinin özünü heç də yaxşı qəbul etmirdilər. Çünki bu, bütün sülaləyə aid olmaqla, siyasi cəhətlərdən də bir qeyri-müəyyənlik gətirəcəkdi. Henri bir kişi olmaqla, heç də bunu özünün uğursuzluğu hesab etmirdi. O, sürətlə Katerinaya qarşı döndü, bu qadın onun özündən 5 yaş böyük idi. Onun başını gicəlləndirən qüdrətli köməkçilər meydana gəldi. Bu saray qadınlarının arasında olan biri, onun ilk məşuqələrindən birinin bacısı Anna Boleyn idi. O,1526-cı ildə kraliçanın ledisi olan bu qıza vuruldu. Henri heç də pozğun deyildi və onun şəhvət əhvalatları geniş qaydada şişirdilmişdir. O, həm də əvvəlki fiziki şəraitlərində ehtiraslı kişi idi və öz nikahından təsadüfi bir yüngüllük axtarırdı. Layiq olan arvada malik olmaq istəyirdi ki, ona prints doğsun. Annada məhz o, özünün belə arvadını görürdü. Bu 20 yaşlı qız saray intriqasının kobud məktəbinə daxil olmuşdu, özü də kralın sadəcə məşuqəsindən artıq olmalı idi. Bunu da Henri anladı, istənilən səbəbə görə onunla evlənməli idi ki, gözlənilən nəticə varis problemini həll etsin. Kral Annanın ona varis doğacağına çox inanırdı, qıza olan coşğun hissləri də Henrini onu əldə etməyə daha da həvəsləndirirdi.

Onların birləşmək niyyətləri altı il çəkdi. Elan etmədən, kral inqilab baş verməsinə səbəb oldu. 1527-ci ildən Henri "Kralın böyük işi" kimi tanınan bir niyyəti həyata keçirdi. O, Katerinanı boşamaq qərarına gəldi, özünü inandırdı ki, onun ilk nikahı qanuna zidd imiş, Henri həqiqətən də mömin adam idi, Bibliyanı böyük həvəslə öyrənirdi. Bibliyanın müddəası ("Levitlər" kitabı) kişinin öz qardaşı arvadına evlənməsini qadağan edirdi. Katerina ilə onun uşaqlarının ölümü də cinsi ittifaq barədə Allahın ədalətini sübut edir. Xarakterik olan hazırlığı ilə o, özünün arzularını da, arvadını boşamaq istəyini də Allahın qanununa daxil edirdi. Henri çox tezliklə özünü inandırdı ki, o, Katerina ilə ölümcül günahda yaşamışdır və əgər yenidən Allah tərəfindən qəbul ediləsi olsa, özündə yüngüllük tapacaqdır. 1527-ci ildə Henri bunları Katerinaya dedi və əlavə etdi ki, ər-arvad olmaqla bütün bu illərdə biz günah işlətmişik, bundan sonra nikahdan irəli gələn vəzifələri artıq yerinə yetirə bilmərik. Lakin Katerina vaxtilə ələ keçirdiyi və sevdiyi ərini boşanma yolu ilə itirmək istəmirdi, ona görə də kralın qərarına təslim olmaqdan imtina etdi. O, bir əsas kimi bunu irəli sürürdü ki, Arturla bir yataqda yatmışdır, lakin onunla heç bir intim yaxınlığı olmamışdır, deməli, faktiki olaraq Henrinin qardaşının arvadı olmamışdır.

Kral dəyişilməyən bir mövqeyə tezliklə gəlməli oldu və Uolsinin məsləhət şəklindəki qeydinə məhəl qoymadan öz narahatlığını ağrısız qaydada həll etdi. O, nikahın ləğv edilməsini bəyan etmək barədə Romaya müraciət etdi. Papalar, adətən, belə məsələlərdə krallara borclu olurdular, lakin Henri mövcud vaxta görə məsələsinə ilk cavab aldı. O, Papa VII Klementdən xahiş etmişdi ki, imperatorun xalasını boşamaqda (Katerina imperator V Karlın anasının bacısı, özünün doğma xalası idi) ona kömək etsin. Lakin Klement 1527-1528-ci illərdə imperatorun dustağı olduğundan, ondan sonra heç vaxt Karla müqavimət göstərməyə cəsarət etməmişdi. Karlın ailə şərəfi barədə qüdrətli hissiyyatı və ictimai müdafiə Henrinin istəklərinə güzəştə getməyi qadağan edirdi. Buna baxmayaraq, müsbət həll variantına həvəssiz olması bir faktla da böyüdü ki, Henri xahiş etmişdi ki, əvvəlki Papa hakimiyyətinin bu məsələ barədəki qərarını qanunsuz hesab etsin. Çünki o, Henriyə icazə vermişdi ki, öz qardaşının arvadına evlənsin. Buna görə də Papa xəzinəsinə xeyli pul keçirilmişdi.

Beləliklə, Henrinin qanunu yolu qəbul etməsi ilə dilemmanı həll etmək cəhdi əvvəldən məhvə məhkum idi. Uolsi, belə pis dilemmada o vaxtdan ki, uğur yalnız qeyri-mümkün idi, özünün vəzifədə qalması naminə məsələnin İngiltərədə mühakimə olunmasına nail oldu. Lakin onun hakim sirdaşı kardinal Kampeccio tərəfindən 1929-cu ildə Romanın göstərişinə əsasən kədərlənməli oldu. Həftə ərzində Uolsi vəzifədən kənarlaşdırıldı. 15 illik yüksək fəallıq onun əleyhinə çevrildi, baxmayaraq ki, kral öz həyatını qoruyub saxlaya bildi. Kardinal vəzifədən və mülkiyyətdən uzaqlaşdırıldı, sonrakı təqib üçün Londona gətiriləndə, bir il sonra öldü. Lakin Uolsinin yoxa çıxması heç nəyi həll etmədi və onu əvəz edən məsləhətçilər öz krallarını azacıq kömək göstərdilər, kral isə yalnız özünün nə istədiyini bilsə də, onu necə əldə etməyi heç də bilmirdi.

Kanslerlik Tomas Mora keçdi, o, Henriyə dedi ki, boşanmanı heç də bəyənmir və özünü Lüteran yeretikliyinə qarşı mübarizəyə həsr etmək istəyir. Onun siyasəti yepiskoplara kömək etməklə yanaşı, millətin təsirli olan hissəsinin (kübarlığın, xırda torpaq sahiblərinin və merkantil marağın) düşmənçiliyi ilə əhatə olunan kilsənin imtiyazlarını dəstəkləyirdi. Bu vaxt onlar Parlamentdə səmərəli qaydada təmsil olunurdular. Henri isə 1529-cu ilin noyabrında Papa ilə özünün döyüşündə böyük qüvvəyə arxalanmağa nail olmaq üçün Parlamentin sessiyasını çağırdı. İcmalar palatasının, din xadimləri əleyhinə olan mövqeyi Romaya olan təzyiqini artırdı, hakimiyyətin əvəz edilməsi imkanını meydana çıxardı. Lakin Mor tərəfindən bu, həyata keçirilən fanatik ortodoksiyanı da təzələndirdi. Üç il ərzində qarışıqlıq hökm sürdü, bu vaxt kral ümid edirdi ki, Roma məcbur ediləcəkdir ki, onun ilk nikahının Londonda aparılacaq rəsmi mühakiməsinə imkan versin və daha radikal təbiətli tədbirə əl atsın - Romanın hüququnu tam rədd etsin. Lakin baxmayaraq ki, o, təsadüfən bunu etmək barədə danışanda nə özü, nə də hansısa başqa bir adam bilmirdi ki, onun bu sözləri hərəkət inqilabı demək idi, Roma ilə əlaqədə geniş yarıq əmələ gəlməsi ilə nəticələnəcəkdir. İnqilab elə bir adamı tələb edirdi ki, o, buna inansın və bunu icra etsin. Bu adam Tomas Kromvel oldu, 1532-ci ilin aprelində o, şuraya nəzarət etmək uğrundakı döyüşü uddu və bundan sonra səkkiz il ərzində nadir xüsusiyyətli bir narahatlıq yaradan komandanlıq vəzifəsini öz üzərinə götürdü. İnqilab belə bir qərardan ibarət idi ki, ingilis kilsəsi Romadan ayrılacaqdır. Yer üzərində Allahın köməkçisi olan kralın idarəçiliyi altında dövlət bir başa ruhani departamentə çevriləcəkdi.

1533-1536-cı illərdə bu, Parlament qanunvericiliyinin kütləvi partlayışına gətirib çıxardı.

Əslində, inqilab heç də birbaşa kralın arzu etdiyi niyyəti güdmürdü. 1533-cü ilin yanvarında o, Anna Boleynə evləndi, mayda yeni arxiyepiskop Tomas Kranmer formal olaraq mühakiməyə başçılıq etdi ki, birinci nikah ləğv edilir.

Katerina Araqonlu (1485-1536-cı illər) İngiltərə kralı VIII Henrinin birinci kraliçası, İspaniyalı Katolik krallar Ferdinand və İzabellanın qızı idi. Katerina 1501-ci ildə Uels printsi Artura ərə getmişdi, lakin əri toydan beş ay sonra, 1502-ci ildə öldü. 1503-cü ildə isə Papanın da razılığı ilə prints Henriyə nişanlandı, lakin VII Henri onun atasına yeni təklif irəli sürüb, ondan əlavə cehiz pulu almaq istədikdə, nikah xeyli müddət baş tutmadı. Yalnız kralın ölümü Katerinanın yeddi il ərzində gözləməsinə, ağır şəraitdə, böyük ehtiyac içərisində yaşamasına nəhayət ki, son qoydu. 1509-cu ildə Katerina kral olan VIII Henriyə, nəhayət ki, ərə getdi, Mariyanın (sonralar kraliça I Mariyanın) anası idi. 1513-cü ildə Henri Fransaya müdaxilə etmək üçün ölkəni tərk edəndə Katerinanı kraliça- regent təyin etmişdi, o, İngiltərədə olmayan müddətdə dövləti bu qadın idarə etməli idi. 1527-ci ildə isə Henri ona bildirdi ki, qardaşının arvadı ilə onun nikahı qanuniliyinin olub-olmaması barədəki qərar onların ər-arvad kimi yaşamasını dayandıra bilər. 1529-cu ildə Kardinallar Kampeccionun və Uolsinin leqat məhkəməsinə kral müraciət etdi. Bundan sonra iş Romaya çatdırıldı. 1531-ci ildə Katerina Henrini tərk etdi və öz qızı printsessa Mariyadan ayrıldıqda, 1533-cü ildə arxiyepiskop Kranmerin onun nikahının ləğv edilməsini elan etməsindən sonra dul printsessa adlanmaq üçün kraliça titulundan məhrum olmağa razılaşmadı. Ömrünün qalan hissəsini dinə həsr etdi, dustaq kimi yaşadı.

Sentyabrda Anna Boleyn printsessa Elizabeti doğdu. Papa isə Henrinin kilsədən xaric edilməsi hökmünü verdi, lakin bu, heç kəsi narahat etmədi.

İngiltərə kilsəsi üstündə Yer üzərində olan başçının olması, bxmayaraq ki, bu kralın məqsədi deyildi, ancaq Henrinin başlıca nailiyyətlərini təmsil edirdi. Bu, həm də geniş qəzəb doğuran nəticələrə səbəb oldu, ləngimədən kralın razılaşdığı iki şey baş verdi. Birinci yerdə yeni titul onun krallığa layiq görülməsini, onun yer üzərində heç bir başqa ali qüvvənin tanınması barədəki inamını (bir dəfə o, özü bunu demişdi) möhkəmləndirirdi. Kral idarəçiliyi artıq yüksək ilahilik imici ilə çevrələnmişdi. Bu, Henrinin daimi ambitsiyası idi ki, özünü qorxaq və tabe olan dünyaya təqdim etsin. Lakin ikinci yerdə bu, kral üçün həqiqi şəxsi problem yaradırdı. 1521-ci ildə o, Lüterə qarşı öz kitabında Papalığa özünün dərin sədaqətini ifadə etmişdi və Roma Papası tərəfindən dinin Daimi Müdafiəçisi titulu ilə mükafatlanmışdı. İndi isə o, Papanı kənara atmışdı və onun barəsində də təhqiramiz sözlər işlədirdi, əvvəllər isə Papaya ünvanlanan sözlər çox ehtiramlı idi.

1530-cu illərdə Papaya qarşı çevrilmək Protestant Reformasiyasını həvəsləndirmək demək idi. Bu da Kranmer və Kromvel üçün cəzbedici bir şey idi. Henrinin özü üçün isə belə deyildi, o, Martin Lüterin ona qarşı kəskin nifrətini heç vaxt yaddan çıxarmamışdı. Yeni müstəqil kilsənin dini onun başını qatmalı idi. O, harada dayanacaqdı? Ömrünün qalan hissəsində Henri vaxtının çoxunu və düşüncələrini həqiqi dinin təbiətini öyrənməyə verirdi. Papanın aliliyi istisna edilməklə o, heç vaxt dinin başlıca ehkamlarından imtina etmirdi, axı o, belə bir mühitdə böyümüşdü. Paradoksal görünsə də, Roma kilsəsindən ayrılsa da, o, özü katolik olaraq qalırdı, bəzən protestantlığın təbliğinə yeretiklik kimi baxırdı. Lakin o, detallar barədə öz ağlını dəyişdi, onları eklektik amalqamaya bürüdü. Xristian dinindəki çörəyin və şərabın Müqəddəs Dini ibadətdə istifadə olunması Xristin bədəni və qanı ilə əvəz olundu. Kilsənin dünyəvi hakimiyyəti barədəki radikal nöqteyi-nəzəri və insanın keşişlərin köməyi olmadan xilasını axtarmaq qabiliyyəti ilə birlikdə din xadimlərinin tselibatı (nikahsızlığı) ilə qarışdırıldı.

Kromvelin dekadası, 1530-cu illər yeganə dövr idi ki, siyasətin iki orqanı öz niyyətləri qaydasında onu icra edirdi. Kromvelin işi Henrinin hakimiyyətini böyük dərəcədə yüksəltmişdi, xüsusən monastırların var-dövləti tacın sərəncamına keçmişdi. 1530-1540-cı illərdə monastırlar ləğv edilmişdi və yeni dini vergi qoyulmuşdu. Bunlar da həmçinin, qanunla kralın tabeliyində idi. Henri o vaxtdan bilirdi ki, parlamentlərlə necə işləmək lazımdır. Faktiki olaraq qanunun idarəçiliyi kralın iradəsinin sadəcə nəzarətində qalmışdı. Kübarlıq belə bir faktı vurğulayırdı ki, bütün inqilablar öz qurbanlarına malikdir. Başlar kəsildikdə, kralın aydınlıq və öyrənmə tərəfdarı olması barədəki əvvəlki reputasiyası onun qan tökən bir adam kimi tanınması altında həmişəlik dəfn edildi.

Mor kimi köhnə dostlar yeni qaydanı qəbul etməkdən imtina etməklə qəzəbli bir hücum qarşısında çökdülər və 50 nəfər digər şəxs xəyanət ittihamları əsasında axtarılırdı. 1538-ci illə 1541-ci il arasında Poul və Kartenau ailələri İngiltərədəki hadisələr xəttinin dəyişilməsini xaricə ötürməyə meyl etdiklərinə görə xəyanətdə ittiham olunub, balta zərbəsi altında məhv edildilər. Başlıca olaraq ona görə ki, onlar özlərinin kral qanına məxsus olmalarını iddia edirdilər və faydalı olmayan Tüdor xəttinə qarşı başqa bir sülalənin təhlükəsini təmsil edirdilər.

(Ardı var)

 





02.09.2019    çap et  çap et