525.Az

Texniki Universitetin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olundu


 

Texniki Universitetin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olundu <b style="color:red"></b>

Azərbaycan Texniki Universitetinin (AzTU) İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub.

APA-nın əldə etdiyi məlumata görə, bununla bağlı AzTU-nun rektoru Vilayət Vəliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, “Ekspress" qəzetinin keçmiş baş redaktoru, tanınmış jurnalist Qəzənfər Bayramov AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub.

Qeyd edək ki, Q. Bayramov 1999-2019-cu illərdə “Ekspress” qəzetinin baş redaktoru olub.

Qəzənfər Bayramovdan əvvəl isə AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsinə Nicat Abdullayev rəhbərlik edib.

 





03.09.2019    çap et  çap et