525.Az

Beyləqanda şəhidlərin xatirəsinə abidə ucaldıldı


 

Beyləqanda şəhidlərin xatirəsinə abidə ucaldıldı <b style="color:red"></b>

Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində şəhidlərin xatirəsinə abidə və bulaq açılıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, torpaqların bütövlüyü uğrunda canından keçən 10 şəhidin xatirəsinə ucaldılan abidə kompleksinin açılışında Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçiləri, Beyləqan və Xocavənd rayon rəhbərliyi, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. 

Tədbirdə çıxış edən şəhid valideynləri övladlarının xatirəsi əbədiləşdirildiyi üçün təşəkkürlərini bildiriblər.

 





03.09.2019    çap et  çap et