525.Az

Çində "İnstagram"ın analoqu yaradılır


 

Çində "İnstagram"ın analoqu yaradılır<b style="color:red"></b>

Çinin “Weibo” sosial şəbəkəsi “Oasis” istifadəçiləri ilə şəkillərin mübadiləsi üçün xidmətini sınaqdan keçirir.

APA “Nikkei Asia Review” portalına istinadən xəbər verir ki, bu tətbiq “Instagram”ın analoqu olan “RED” xidmətinə rəqib olacaq. Ona girişin digər ölkələrdə də mümkün olub-olmayacağı barədə hələlik bir məlumat yoxdur.

Qeyd edək ki, bütün dünyada populyar olan bir çox sosial şəbəkələrə giriş Çin ərazisində bağlıdır. Ən məşhurlardan “Facebook”, “Instagram” və “Google” xidmətlərinin hər birinin Çində öz analoqu var.

“Oasis”in buraxılış tarixi hələlik açıqlanmır. “Weibo” Çində ən böyük sosial şəbəkə hesab olunur. Onun 486 milyon istifadəçisi var.

 





04.09.2019    çap et  çap et