525.Az

Qanundan yeni nəşrlər - Siyahı


 

Qanundan yeni nəşrlər - <b style="color:red">Siyahı </b>

Əbədiyyət nəğməsi - Mikayıl Müşfiq

On iki illik bir yaradıcılıq yolu... On iki illik!

M.Müşfiq öz şeirlərində zəmanəsinin odlu nəğməkarı kimi Azərbaycan torpağının bərəkətli çöllərini, təbii sərvətlərini, mənzərələrini, gözəlliyini, Bakı neftçilərini, onların arzu və istəklərini, ailə gözəlliyini, insansevərliyi sənətin ecazkar dili ilə, özünəməxsus bir tərzdə təsvir etmişdir.

M.Müşfiq poeziyanın müxtəlif janrlarında qələm çalmış, ədəbiyyat xəzinəmizi xeyli sayda lirik şeirlər, bir-birindən maraqlı poemalarla zənginləşdirmişdir. O, ədəbiyyatımızda ilk mənzum oçerklər müəllifidir. O, uşaq yazıçısı olmasa da, balaca oxucular üçün yazmağı özünə şərəf işi, vətəndaşlıq borcu bilmiş, mənzum nağıllar yaratmışdır.

Çöküş - Albert Camus

"Çöküş" böyük fransız yazıçısı, Nobel mükafatı laureatı Alber Kamyunun çap edilən son romanıdır. Romanın süjeti günah və günahsızlıq, azadlıq və insan varlığı kimi məsələlər kontekstində inkişaf edir. Bütün bu təsvirlərin, mühakimə və mülahizələrin son nəticəsi odur ki, həyat absurddan başqa bir şey deyildir. Yazıçı bu məsələləri şüur axını metodundan istifadə edərək şərh edir. O dövrün başqa bir böyük ədibi Jan-Pol Sartrın fikrincə, "Çöküş" Kamyunun ən anlaşıqlı və ən gözəl romanıdır.

"Çöküş" romanını Kamyunun şah əsəri olan "Yabançı"nın davamı kimi də oxumaq mümkündür. "Çöküş"də insan malik olduğu bütün dəyərləri itirir və öz içinin dərinliyinə çökür. Onun bütün hissləri, beynini yoran düşüncələri XX əsrdə mövcud olan əxlaq, mənəviyyat prinsipləri ilə üzbəsurət, heç bir elementi gizlədilmədən ortaya gətirilir. O dərəcədə ki, insan özü-özündən iyrənir. Romanda əsas məqam - keçmiş vəkil Klamansın yağışlı bir gecə özünü göz yaşları içində körpüdən atan qızı seyr etməsi mətnin bütün künc-bucaqlarını işıqlandırır. Həyat, ölüm, varlıq, günah, azadlıq... kimi anlayışlar bir anda bütün mənasını itirir. Bu zəmanədə ən rahat yaşayan adamlar özlərinə süni həyat qurmuş fərdlərdir. Bax bu - XX əsrin, insan həyatının ən böyük qüsurudur.

Ağ liman - Anar

Xalq yazıçısı Anarın "Ağ liman" əsərində əxlaqi problemlər qaldırılır, insanın həyatda öz yerini tapa bilməsi, məzmunlu və dolğun ömür sürməsi, insanlar arasında ünsiyyət, ülfət məsələlərindən bəhs olunur. Mənəvi boşluq damğalanır. Yazıçı burada öz insan konsepsiyasını ziyalının "mənəvi dəyər" və "əxlaqi sərvət" anlayışının guşə daşı kimi yoxlayıb, sınaqdan keçirir.

"Ağ liman" əsəri Moskvada (1973, 1980, 1988), Polşada (1978), Macarıstanda (1972), Bolqarıstanda (1973), Türkiyədə (1991), Özbəkistanda (1978), Qazaxıstanda (1976), İranda, Slovakiyada, Çexiyada, Gürcüstanda, Misirdə və bir sıra digər ölkələrdə çap olunmuşdur.

Böyük evin kiçik xanımı - Cek London

Cek Londonun "Böyük evin kiçik xanımı" romanı, yazıçının şah əsəridir. Romanın əsas qəhrəmanları - Dik Forrest, Paola və İven Qrehem möhkəm iradəli, hərtərəfli və zahirən gözəl insanlardır. Romanın birinci hissəsində Dikin uşaqlıq illəri, onun şəxsiyyət kimi formalaşması, həyatın çətinlikləri ilə üzləşməsi təsvir olunur. Əsas hissədə zəngin və uğurlu, lakin sadə xasiyyətli Dikin, sevdiyi Paola ilə daha rəngarəng olan həyatından bəhs edilir. Onlar, həyatlarını geniş təsərrüfatlarını idarə etməklə və "Böyük ev" adlandırılan malikanələrində qonaqlar qəbul edib, əyləncələr içində keçirirlər. Lakin Paolanın həyatında məşum görüş baş tutacaq. Artıq bütün qəhrəmanların həyatı əvvəlkindən fərqli məcrada axacaq...
Xəyanət və dürüstlük, ehtiras və sədaqət, sevgi atəşi və dərrakə bir-biri ilə əlbəyaxa olur... Qəlblərin savaşı başlayır...

 





04.09.2019    çap et  çap et