525.Az

"Kitab ətri" sərgiləndi


 

"Kitab ətri" sərgiləndi<b style="color:red"></b> Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 4 nömrəli filialla birlikdə "Kitab ətri" adlı sərgi təşkil edib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, mütaliə bütün insanların, o cümlədən, gənc nəslin tərbiyəsində mühüm əhəmiyyət kəsb edir.

Mütaliə oxucunun təfəkkürünü inkişaf etdirir, yeni bilik qazandırır, marağını, mənəvi tələbatını ödəyir, insanın şəxsiyyət kimi formalaşmasına kömək edir.

Açıq havada təşkil olunmuş sərgidə "Azərbaycan nağılları", "Azərbaycan dastanları", "Nağıllar aləminə səyahət", "Dünya ədəbiyyatından incilər" və müxtəlif mövzularda uşaq kitabları sərgilənib.

Sərginin təşkil olunmasında əsas məqsəd uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, mütaliəyə həvəsləndirmək, vətənə sevgi, dostluq, düzgünlük kimi keyfiyyətləri aşılamaq və onları kitabxanaya cəlb etməkdir.
 





04.09.2019    çap et  çap et