525.Az

ADMİU-nun əməkdaşlarından prezident və birinci vitse-prezidentə təşəkkür


 

"ÖLKƏ RƏHBƏRLİYİNİN GÖSTƏRDİYİ YÜKSƏK DİQQƏT BİZİ RUHLANDIRIR VƏ YENİ YARADICILIQ UĞURLARI QAZANMAĞA SÖVQ EDİR"

ADMİU-nun əməkdaşlarından prezident və birinci vitse-prezidentə təşəkkür<b style="color:red"></b>

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bir qrup əməkdaşı, o cümlədən, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə, Xalq artistləri - professor Məmmədsəfa Qasımov, dosent Vidadi Həsənov, Əməkdar artist Ağalar Bayramov, Əməkdar artist, dosent Azad Şükürov, Əməkdar artist, dosent Yaqut Abdullayeva, Əməkdar artist Gülsabah Quliyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fazilə Abbasova Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür müraciəti ünvanlayıblar.

Məktubda deyilir: "1987-ci ildə Bakı şəhəri, Dübəndi bağlar massivində bizə ayrılmış torpaq sahələri üzərində hüquqlarımızın bərpası üçün etdiyimiz müraciəti cavabsız qoymayaraq, əlaqədar təşkilatlara müvafiq göstəriş verməklə yüksək diqqət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildiririk.

Dövləti idarə edən şəxslərin gərgin iş qrafiklərinə baxmayaraq, ölkənin bir qrup mədəniyyət xadiminə yüksək diqqət nümayiş etdirməsi bizi ruhlandırır və yeni yaradıcılıq uğurları qazanmağa sövq edir".

Mədəniyyət xadimləri dövlət başçısının məsələ ilə əlaqədar verdiyi göstərişə yüksək səviyyədə diqqət nümayiş etdirərək, problemi qanunvericilik çərçivəsində həll etdikləri üçün Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin rəisi Hikmət Mustafayevə, Xidmətin 1 saylı Ərazi İdarəsinin rəisi Zəfər Abdulova da dərin təşəkkürlərini bildiriblər.

 





04.09.2019    çap et  çap et