525.Az

Sahil Babayev Qubada, müavinləri Qusar və Xaçmazda vətəndaşlarla görüşəcəklər


 

Sahil Babayev Qubada, müavinləri Qusar və Xaçmazda vətəndaşlarla görüşəcəklər<b style="color:red"></b>

Sentyabrın 20-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Quba rayonunda vətəndaşları fərdi qaydada qəbul edəcək.

Nazirlikdən verilən məlumata görə, həmin gün nazir müavinləri Anar Kərimov Xaçmazda, Mətin Kərimli Qusarda vətəndaşlarla görüşəcək.

Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) dair müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 Çağrı mərkəzi ilə əlaqə saxlayaraq sentyabrın 17-dək qəbula yazıla bilərlər.

CEYHUN

 





04.09.2019    çap et  çap et