525.Az

Türkiyədə çalışan tanınmış azərbaycanlı alim dünyasını dəyişdi


 

Türkiyədə çalışan tanınmış azərbaycanlı alim dünyasını dəyişdi<b style="color:red"></b>

Türkiyədə çalışan azərbaycanlı alim Mehman Musayev dünyasını dəyişib.

Trend-in məlumatına görə, tanınmış türkoloq, professor Mehman Musayev (Musaoğlu) uzun illərdir Qazi Universitetində çalışıb.

O, bu universitetdə Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları Bölümünün sədri olub.

Qaraciyər serrozundan dünyasını dəyişən alim bu gün doğulduğu Kürdəmir rayonunda dəfn ediləcək.

 





05.09.2019    çap et  çap et