525.Az

YAP növbəti qanvermə aksiyası keçirdi


 

YAP növbəti qanvermə aksiyası keçirdi <b style="color:red"></b>

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) mənzil qərargahında növbəti qanvermə aksiyası keçirilib.

APA-nın xəbərinə görə, aksiyada YAP İcra Katibliyi də daxil olmaqla, Bakı və Abşeron üzrə rayon təşkilatlarının nümayəndələri, Milli Məclisin deputatları iştirak edib.

Qan verənlər arasında Baş Nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, YAP İcra katibinin müavini Siyavuş Novruzov da iştirak edib. Ümumilikdə aksiyada 300 nəfər qan verib.

 





06.09.2019    çap et  çap et