525.Az

Məcburi köçkün qəsəbələrində təlimlər keçirilir


 

Məcburi köçkün qəsəbələrində təlimlər keçirilir<b style="color:red"></b>

Sosial Tərəqqi İctimai Birliyi Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə - həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində Füzuli rayonunda “Qadınlara Gender Əsaslı İqtisadi Dəstək” layihəsinin I komponentinin icrasını davam etdirir.

Cari ilin avqust ayından 17 məcburi köçkün qəsəbəsində (11 Qayıdış qəsəbəsi, 1 Fin evləri qəsəbəsi və 5 Zobucuq qəsəbəsi) “Mühasibat uçotunun prinsipləri, İnvestisiya təhlili, Biznesin yaradılması və inkişafı”, “Məhdud Məsuliyyətli Cəmiyyətin yaradılması və risklərin idarə edilməsi” mövzularında təlimlərə başlanılıb.

Təlimlərdə Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin (KOBİA) Füzuli rayon üzrə nümayəndəsi Hafiz Sadıqov da iştirak edib.

Təlimlərdə iştirakçılara mühasibat uçotunun aparılması, investisiya və biznes başlamasında əsas anlayışlar təqdim edilir və biznesə başlamaq üçün bütün hüquqi və texniki məlumatlar verilir.

Qadınlara sahibkarlıq və sahibkarlıq fəaliyyətinin qeydiyyat formaları, marketinqin əsasları və bazar araşdırmaları, məhsul növləri, qiymət və qiymətin müəyyən edilməsi, xərclərin hesablanması, biznes plan və onun hazırlanması mövzularına dair məlumatlar verilir.

 





06.09.2019    çap et  çap et