525.Az

"YARAT"dan növbəti payız sessiyası


 

"YARAT"dan növbəti payız sessiyası<b style="color:red"></b> "YARAT" Müasir İncəsənət Məkanı "YARAT" Akademiyasının növbəti payız sessiyasını elan edir.

AZƏRTAC xəbər verir ki, layihə 3 ayı əhatə edəcək. Mövzusu "Qeyri-ənənəvi tarix" olan sessiyada iştirakçılar çoxşaxəli tədqiqat metodları və tematik araşdırma metodu ilə tanış olacaq, tanınmış beynəlxalq və yerli rəssamlar, tədqiqatçılar və professorlarla görüşəcək, habelə panel müzakirə və seminarlarda iştirak edəcək və kursun sonunda verilmiş tapşırığı yerinə yetirməklə əldə edilmiş bacarıqları praktiki sahədə tətbiq edəcəklər.

"YARAT" Akademiyasının bütün xarici mütəxəssis mühazirələri Azərbaycan dilinə sinxron və ya ardıcıl tərcümə olunur.
 





06.09.2019    çap et  çap et