525.Az

Qulu AĞSƏS- Səxavətin şeiri


 

Qulu AĞSƏS- <b style="color:red">Səxavətin şeiri</b>

Unudulmaz xanəndə Səxavət Məmmədovun 60 yaşı tamam olur. Cəmi 38 il ömür sürmüş sənətkar bu müddət ərzində görkəmli ifaçı kimi tanınaraq, sevilərək adını Azərbaycan muğam ifaçılığının, musiqi sənətinin tarixinə silinməz hərflərlə həkk edib. Vəfatından keçən 22 il göstərir ki, onun səsi, sənəti, təkrarsız ifaçılıq tərzi zamanın sınağından uğurla çıxıb, Səxavət Məmmədova əbədi mənəvi ömür  qazandırıb.

Dəyərli şairimiz Qulu Ağsəsin ölməz sənətkarın xatirəsinə həsr etdiyi “Səxavətin şeiri”ni bu yubiley münasibətilə oxuculara təqdim edir, Səxavət Məmmədovu  ehtiramla xatırlayırıq.

 

 

Ona çox dedilər:

– Özündən muğayat ol!

Adamlar dil tökdü,

ağaclar yarpaq,

uzağa getməsin deyə

yollar toz basdı.

Heç kəsə qulaq asmadı,

özündən muğayat olmadı,

özündən muğamat oldu –

hamı ona qulaq asdı...

Oxudu

gecənin qarasına,

gündüzün ağına.

Bir payız

durnalar isti ölkə axtaranda

o, azad quş olub

qondu cənnət bağına...

 

 





23.10.2013    çap et  çap et