525.Az

Qubada ayının kəndə hücumu ilə bağlı İşçi Qrup yaradıldı


 

Qubada ayının kəndə hücumu ilə bağlı İşçi Qrup yaradıldı <b style="color:red"></b>

Quba rayonunun Küsnətqazma kəndinə ayının hücum edərək kənd təsərrüfatı heyvanlarına zərər vurması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat əsasında İşçi Qrup yaradılıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ETSN-nin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarından və həvəskar ovçulardan ibarət İşçi Qrup vətəndaşların təhlükəsizliyinin təmin olunması və onların əmlakına zərər vurulmasının qarşısının alınması məqsədi ilə sözügedən ərazini nəzarətə götürərək zəruri tədbirlər görür.

 

 





07.09.2019    çap et  çap et