525.Az

Gənc Tamaşaçılar Teatrında Rəsul Rzanın əsəri nümayiş olunacaq


 

Gənc Tamaşaçılar Teatrında Rəsul Rzanın əsəri nümayiş olunacaq<b style="color:red"></b> Sabah Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Biz teatrı sevirik” layihəsi çərçivəsində Xalq Şairi Rəsul Rzanın “Ana qaz” tamaşası nümayiş etdiriləcək.

ADGTT-nin mətbuat xidmətindən 525.az-a verilən məlumatda  bildirilib ki, tamaşanı teatrın kollektivi, Azərbaycan Universiteti, Azərbaycan İctimai-Siyasi Universitetinin və digər qurumların nümayəndələri ilə yanaşı, valideyn himayəsindən məhrum uşaqlar və aztəminatlı ailələrin övladları izləyəcəklər.

Sevgini, xeyirxahlığı, mehribanlığı, qayğını təcəssüm etdirən “Ana qaz” alleqorik dramı ehtiva etdiyi məziyyətləri ilə böyük tərbiyəvi əhəmiyyətə malikdir.
 
Tamaşanın quruluşçu rejissoru və səhnələşdirəni Nicat Kazımov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Fəxrəddin Dünyamalıyev, rejissor assistenti Manaf Dadaşovdur.

Səhnə əsərində rolları aktyorlar Nicat Kazımov, Kəmalə Hüseynova, Elnur Kərimov, Sevinc Mehrəliyeva, Zümrüd Quliyeva, Anar Səfiyev, Asya Atakişiyeva, Günel Məmmədova, Təhminə Məmmədova, Vüsal Mehrəliyev, Mehriban Hüseynova, Elşən Şıxəliyev, Ceyhun Məmmədov, Manaf Dadaşov canlandıracaqlar.
 





11.10.2012    çap et  çap et