525.Az

Azərbaycan səfirliyi Tacikistan Milli Kitabxanasındakı sərgidə


 

Azərbaycan səfirliyi Tacikistan Milli Kitabxanasındakı sərgidə <b style="color:red"></b>

Tacikistan Milli Kitabxanasında Beynəlxalq Kitab sərgisi keçirilib.

AZƏRTAC xəbər verir ki, sərgidə Tacikistanda fəaliyyət göstərən səfirliklər və ölkənin nəşriyyatları təmsil olunub.

Sərginin səfirliyimiz üçün ayrılmış guşəsində Azərbaycanın və Tacikistanın bayraqları, Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin həyat və fəaliyyəti ilə bağlı nəşrlər, Xalq yazıçısı, Milli Məclisin deputatı Elmira Axundovanın tacik dilində çap olunan "Heydər Əliyev. Şəxsiyyət və Zaman", Nikolay Zinkoviçin "Həyatın keşməkeşləri" kitabları nümayiş etdirilib.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin əsərləri, Nizami Gəncəvinin "Xəmsə"si, ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, həmçinin "Azərbaycan xalçaları" silsiləsindən nəşrlər diqqəti cəlb edib. Sərgiyə gələnlərə Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumatlar toplusu paylanıb.

 





08.09.2019    çap et  çap et