525.Az

“Sınıq körpü”nün təmiri ilin sonuna kimi bitə bilər


 

“Sınıq körpü”nün təmiri ilin sonuna kimi bitə bilər<b style="color:red"></b>

“Sınıq körpü”də ("Qırmızı körpü") nəzərdə tutulan bərpa işlərinin ilin sonuna kimi başa çatdırılması planlaşdırılır”.

Bunu APA-ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətubat katibi Fariz Hüseynov deyib.

Onun  sözlərinə görə, hal-hazırda körpünün uçmuş tağında bərpa işləri başa çatmaq üzrədir: “Bundan başqa, körpünün üstü, yanları, karvansarası artıq torpaq qatından təmizlənib, körpünün fasadında, parapetində və üst örtüyündə bərpa işlərinə başlanılıb”.

Qeyd edək ki, Qazax rayonunda - Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən “Sınıq körpü” XII əsrdə Azərbaycan memarları tərəfindən inşa olunub. Tikilinin uzunluğu 175 metrdir və 4 aşırımdan ibarətdir. Körpünün sağ və sol sahillərində karvansara kimi istifadə olunan geniş yerlər tikilib. Sol tərəfdəki karvansaranın sahəsi 116, sağ tərəfdəkinin isə 166 kvadrat metrdir.

Körpüdə bərpa işlərinə 2018-ci ildə başlanılıb.

 





09.09.2019    çap et  çap et