525.Az

"Polisin şəhidlərin fotoları əks olunan plakatları sökməsi iddiaları həqiqəti əks etdirmir"


 

"Polisin şəhidlərin fotoları əks olunan plakatları sökməsi iddiaları həqiqəti əks etdirmir"<b style="color:red"></b>

"Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakının Şağan qəsəbəsində fəaliyyət göstərən “Qərib Pir” məscidində Azərbaycan şəhidlərinin fotoları əks olunan plakatları sökməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir".

"Report"un xəbərinə görə, bunu Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O vurğulayıb ki, iddialar polisə qarşı təxribatdır, orda plakatların polis tərəfindən sökülməsi ilə bağlı hər hansı göstəriş olmayıb, yalandır:

“Bu qərəzli məlumatı yayanlar nəzərə alsınlar ki, polis bu xalqın övladlarıdır, vətən uğrunda canı fəda edən şəhidlərimizin xatirəsi bizim üçün də əzizdir, müqəddəsdir.”

 

 





09.09.2019    çap et  çap et