525.Az

Gürcüstan Dağlıq Qarabağda keçirilən “seçkilər”i tanımadı


 

Gürcüstan Dağlıq Qarabağda keçirilən “seçkilər”i tanımadı<b style="color:red"></b>

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) 2019-cu ilin sentyabrın 8-də Dağlıq Qarabağda keçirilən “yerli idaetmə orqanlarına” adlandırılan “seçkilər”i və onların nəticələrini tanımır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan XİN-nin bəyanatında bildirilib.

Gürcütan XİN Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Bəyanatda qeyd olunub ki, Gürcüstan XİN-nin münaqişənin beynəlxalq hüquq və prinsiplərə tam uyğun formada beynəlxalq ictimaiyyətin cəlb olunması ilə sülh yolu ilə həllinin tərafdarı olduğu vurğulanıb.  

 





09.09.2019    çap et  çap et