525.Az

AŞPA məruzəçisindən Azərbaycan hökumətinə təşəkkür


 

AŞPA məruzəçisindən Azərbaycan hökumətinə təşəkkür <b style="color:red"></b>

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçisi Thorhild Sunna Evarsdottir Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

“Report“un Fransa bürosu AŞPA-nın rəsmi saytına istinadən bildirir ki, məruzəçi Azərbaycan hökumətinin onun 5-7 sentyabr tarixlərində Azərbaycanda olduğu zamanı səfərini asanlaşdırdığını vurğulayıb.

“Mən Azərbaycan hökumətinə rəsmi iclaslar keçirdiyi və ümumiyyətlə səfərimi asanlaşdırdığı üçün təşəkkürümü bildirirəm", - deyə, o qeyd edib.

Thorhild Sunna Evarsdottir səfəri zamanı konstruktiv münasibət, eləcə də hər kəsin Avropa Şurası ilə işləməyə həvəsli olduğunu müşahidə etdiyini bildirib.

 





09.09.2019    çap et  çap et