525.Az

Türkiyə Prezidentinə sui-qəsd cəhdində təqsirləndirilən şəxs saxlanılıb


 

Türkiyə Prezidentinə sui-qəsd cəhdində təqsirləndirilən şəxs saxlanılıb<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana qarşı sui-qəsd cəhdində təqsirləndirilən keçmiş hərbçi saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Ö. Abdulkadir Eskişəhərdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Saxlanılan şəxs İzmirə gətiriləcək.

Qeyd edək ki, 15 iyul 2016-cı ildə FETÖ terror təşkilatı tərəfindən Türkiyədə dövlət çevrilişinə cəhd olub. Həmin gün Muğla vilayətinin Marmaris rayonunda oteldə olan Türkiyə Prezidentinə qarşı sui-qəsd cəhdi olub.

 





10.09.2019    çap et  çap et