525.Az

Tramp Ruhani ilə görüşünün mümkünlüyünü istisna etməyib


 

Tramp Ruhani ilə görüşünün mümkünlüyünü istisna etməyib<b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp bazar ertəsi günü İran lideri Həsən Ruhani ilə görüş keçirəcəyinin mümkünlüyünü istisna etməyib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, Tramp bu fikirləri Ağ Evdə jurnalistlərlə görüşündə səsləndirib.

“Bu, baş verə bilər. Görüşlə bağlı heç bir problem yoxdur. İran hər şeyi qaydasına salmalıdır, çünki onlar çox pis vəziyyətdədirlər”, - deyə prezident bildirib.

Qeyd edək ki, keçən həftə amerikalı prezidenti sentyabr ayının sonlarında BMT Baş Assambleyasının ümumi müzakirəsi çərçivəsində Ruhani ilə görüşünün keçirilməsinin mümkünlüyünü dilə gətirib.

 





10.09.2019    çap et  çap et