525.Az

Ərdoğana sui-qəsd cəhdində təqsirləndirilən şəxs saxlanıldı


 

Ərdoğana sui-qəsd cəhdində təqsirləndirilən şəxs saxlanıldı<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana qarşı sui-qəsd cəhdində təqsirləndirilən keçmiş hərbçi saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Ö. Abdulkadir Eskişəhərdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Saxlanılan şəxs İzmirə gətiriləcək.

Qeyd edək ki, 15 iyul 2016-cı ildə FETÖ terror təşkilatı tərəfindən Türkiyədə dövlət çevrilişinə cəhd olub.

Həmin gün Muğla vilayətinin Marmaris rayonunda oteldə olan Türkiyə Prezidentinə qarşı sui-qəsd cəhdi olub.

 





10.09.2019    çap et  çap et