525.Az

Uşaqlara qarşı məişət zorakılığı halları yolverilməzdir


 

Uşaqlara qarşı məişət zorakılığı halları yolverilməzdir<b style="color:red"></b>

Son vaxtlar dünyada fiziki zorakılıq halları çox sürətlə inkişaf edir. Məişət zorakılığının əsasını təşkil edən qadınlara və uşaqlara qarşı yönəlmiş zorakılıq tərəqqi və sülhə nail olmaq yolunda ən ciddi bir maneədir.

Məişət zorakılığı, əsasən, ailənin iqtisadi vəziyyəti, valideynlərin işləyib-işləməməsi ilə daha çox əlaqədar olur. Ölkəmizin “Uşaq hüquqları konvensiyası”na qoşulmağına, “Uşaq hüquqları haqqında” qanunun qəbul olunmasına, Cinayət Məcəlləsində uşağa zor tətbiq etməyin cinayət məsuliyyəti hesab olunmasına baxmayaraq, hələ də valideynlər övladlarına qarşı zorakılıq tətbiq etməkdən xilas ola bilmirlər. Uşaqlara qarşı edilən zorakılıq hallarının qarşısını almaq üçün hər bir fərdin üzərinə böyük məsuliyyət düşür.

Sentyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Kimsəsiz uşaqların sosial müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Uşaqlar və gəncləri məişət zorakılığından qorumaq mühüm ictimai vəzifədir” adlı tədbirdə bu barədə danışılıb.

Tədbirdə İctimai Birliyin sədri Lamiyə İsazadə ölkəmizdə məişət zorakılığına qarşı mübarizə, zorakılığın doğurduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkənlərin sosial müdafiəsi, habelə zorakılığa səbəb olan halların aradan qaldırılması barədə məlumat verib.

Milli Məclisin deputatları Əflatun Amaşov və Elman Nəsirov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi Sevinc Əliyeva və başqaları psixiki və fiziki travmalara səbəb olan davranışlar, uşaqların həyatında iz qoyan qayğısızlıq və etinasızlıq hallarından bəhs ediblər.

Layihə çərçivəsində paytaxtla yanaşı Gəncə, Tərtər və Şəmkirdə də həmin mövzuda tədbirlərin keçirilməsi nəzərdə tutulub.

AzərTAc

 





10.09.2019    çap et  çap et