525.Az

Şeyx: "Qan verməklə xəstə insanlara kömək etmək şəriətin və dinin istəyidir"


 

Şeyx: "Qan verməklə xəstə insanlara kömək etmək şəriətin və dinin istəyidir"<b style="color:red"></b>

"Azərbaycanda Aşura günü ənənəsi illər keçməsinə baxmayaraq hələ də yaşadılır. Ancaq əvvəllər baş verən zəncirvurma, başyarma, qançıxarma halları bəyənilmirdi".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

Şeyxülislam bildirib ki, bunların əvəzinə qanvermə aksiyasının keçirilməsi ilə bağlı qərara verilib:

“Qanvermə aksiyasında öz qanımızı verməklə xəstə insanlara kömək edirik. Bu, şəriətin və dinin istəyidir".

Şeyxülislam qeyd edib ki, hazırda Azərbaycanın bir çox məscidlərində də qanvermə aksiyası keçirilir:

"Sevindirici haldır ki, Azərbaycandan sonra qonşu ölkə olan İran və Türkiyədə də bu ənənə geniş vüsət alıb. Hesab edirəm ki, bu, savab işdir".

 





10.09.2019    çap et  çap et