525.Az

Ukrayna səfiri: “Azərbaycanlı iş adamlarının təhlükəsizliyi təmin olunur”


 

Ukrayna səfiri: “Azərbaycanlı iş adamlarının təhlükəsizliyi təmin olunur”<b style="color:red"></b>

“Ukraynada azərbaycanlı iş adamlarının təhlükəsizliyinin təmin olunması ilə bağlı iki ölkənin hüquq-mühafizə orqanları yaxından əməkdaşlıq edir”.

APA-nın xəbərinə görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Əminliklə deyə bilərik ki, bu məsələ nəzarət altındadır və vəziyyət stabildir”, - səfir qeyd edib.

Qeyd edək ki, bir neçə il əvvəl Azərbaycanın Baş prokuroru Zakir Qaralov Ukraynada azərbaycanlılara qarşı zorakılıq hərəkətlərinə yol verilməsi ilə əlaqədar ukraynalı həmkarına müraciət edib.

 





10.09.2019    çap et  çap et