525.Az

“Vətəndaşlar məscidlərdəki gecə mərasimlərinə körpələri gətirərkən diqqətli olsunlar”


 

“Vətəndaşlar məscidlərdəki gecə mərasimlərinə körpələri gətirərkən diqqətli olsunlar”<b style="color:red"></b>

"Dini etiqad azadlığı" haqqında qanun Azərbaycandakı bütün dini mərasimləri tənzimləyir".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, dini mərasimləri tənzimləyən qanunlarda vətəndaşların hər hansı bir dini ibadət yerinə getməsi azaddır:

"Azərbaycanda "Dini etiqad azadlığı haqqında” qanun vətəndaşa vicdan azadlığından irəli gələn prinsiplərə uyğun olaraq tam sərbəstlik verir. Azərbaycan çoxkonfessiyalı ölkədir, 14 kilsə, eyni zamanda sinaqoqlar və digər dinlərə aid olan ibadət yerləri var. O cümlədən Azərbaycan İslam dininə etiqad edən dünyəvi dövlətdir. Bizdə 2500-dən çox məscid var ki, bunun da hazırda 1500-1600-ü fəaliyyət göstərir.

Azərbaycanda dini mərasimlərə dini bayramlar, hüzn mərasimləri daxildir. Bu mərasimlərə də insanların gəlişi özlərinin istəyindən asılıdır. İslama görə, məscidlərə gəliş sərbəstdir".

Komitə sədri vətəndaşların məscidlərə uşaqlarla gəlməsi məsələsinə də münasibət bildirib. Mübariz Qurbanlı bildirib ki, İslam dininin qadağa qoyduğu hər hansı məsələ yoxdursa, dövlət də buna qarışmır:

"Ona görə də vətəndaşlar məscidə uşaqlarla gəlirsə, bu onların öz seçimidir. Sadəcə olaraq biz tövsiyə edirik ki, vətəndaşlar məscidlərdəki gecə mərasimlərinə körpələri gətirərkən diqqətli olsunlar, yəni böyük uşaqları gətirə bilərlər, ancaq körpələrdə diqqətli olmalıdılar".

 





10.09.2019    çap et  çap et