525.Az

“Alibaba”nın qurucusu vəzifəsini tərk etdi


 

“Alibaba”nın qurucusu vəzifəsini tərk etdi<b style="color:red"></b>

Çinin elektron ticarət nəhəngi "Alibaba"nın qurucularından biri Cek Ma vəzifəsini tərk edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, onu Daniyel Çenq əvəz edəcək.

Xatırladaq ki, C.Ma 1999-cu ildən bəri texnologiya sahəsində əldə etdiyi uğurlar hesabına, təxminən, 40 milyard ABŞ dolları dəyərində sərvətə sahib olub. Altı il bundan əvvələ qədər "Alibaba"nın həm də icraçı direktoru olmuş çinli sahibkar keçən il təqaüdə çıxıb müəllimlik edəcəyini açıqlamışdı.

 





10.09.2019    çap et  çap et