525.Az

Peşə məktəblərində çalışan müəllimlərin yeni maaşları bilindi


 

Peşə məktəblərində çalışan müəllimlərin yeni maaşları bilindi <b style="color:red"></b>

Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin yeni aylıq vəzifə maaşları məlum olub.

APA-nın xəbərinə görə, “Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2018-ci il 1 fevral tarixli 26 nömrəli Qərarında edilmiş dəyişikliyə əsasən, dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin yeni aylıq vəzifə maaşları aşağıdakı kimidir:



Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarına qrup rəhbərliyinə görə 50 manat əlavə ödənilir. Bu Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.

Qeyd edək ki, bundan əvvəl dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları belə olub:

 





11.09.2019    çap et  çap et