525.Az

Bu il 6 Rayon Təhsil Şöbəsinin müdiri, 8 direktor, 6 direktor müavini işdən çıxarılıb


 

Bu il 6 Rayon Təhsil Şöbəsinin müdiri, 8 direktor, 6 direktor müavini işdən çıxarılıb<b style="color:red"></b>

"Bəzi hallarda qəbul edilən normativ qaydalar yerlərdə tam şəkildə icra edilmir".

APA xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, bu məsələlərin növbəti tədris illərində aktual olmamasını və müzakirə predmetinə çevrilməməsini arzu edir:

“Təhsil sisteminin elektronlaşması neqativ halların sayını azaltsa da, il ərzində keçirilən nəzarət tədbirləri zamanı bir sıra neqativ halların hələ də mövcud olması öz təsdiqini tapıb".

Nazir qeyd edib ki, bu il işlərində yol verdikləri nöqsanlara görə 6 Rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb, onların əmək müqavilələrinə xitam verilib:

"10 Rayon Təhsil Şöbəsinin və 3 nəfər ərazi maliyyə hesablaşma mərkəzinin rəhbərinə işlərində yol verdikləri nöqsana görə intizam tədbirləri tətbiq edilib. 8 məktəb direktoru, 6 direktor müavininin müqaviləsinə xitam verilib. 29 direktor və 37 direktor müavininə intizam tədbirləri tətbiq edilib. Nəticələri davamlı aşağı olduğundan əmək müqavilələrinin müddəti qurtaran 80 məktəb direktorunun müqavilələrinin uzadılmaması barədə qərar qəbul edilib. 7 hal üzrə materiallar toplanaraq hüquqi qiymət verilməsi üzrə aidiyyəti qurumlara göndərilib. Fikrimcə, bu məsələrə ciddi yanaşmalıyıq. Bu nöqsanlara yol verən şəxslər öz cəzalarını alacaqlar".

 





11.09.2019    çap et  çap et