525.Az

"Azərbaycan: Bir daha bax" beynəlxalq festivalda qalib seçildi


 

"Azərbaycan: Bir daha bax" beynəlxalq festivalda qalib seçildi <b style="color:red"></b>

Azərbaycan Turizm Bürosunun "Azerbaijan: Take Another Look" (Azərbaycan: Bir daha bax) destinasiya təbliğatı filmi "FilmAT" festivalının "Ən yaxşı ölkə təbliğatı filmi" kateqoriyasında birinci yerə sahib olub.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, qalib məşhur polşalı prodüser, "Oskar" mükafatı ilə təltif olunmuş Zbiqnev Zmudzkinin sədrlik etdiyi beynəlxalq münsiflər heyəti tərəfindən seçilib. Mükafatlandırma mərasimi oktyabrın 16-18-də Polşanın Varşava şəhərində baş tutacaq.

Qeyd edək ki, Beynəlxalq Turizm Film Festivalları Komitəsinin üzvü olan "FilmAT" festivalı 14 ildir fəaliyyət göstərir.

Festivalın keçirilməsinin əsas məqsədi sənədli filmlər, turizm kommunikasiyaları, həmçinin korporativ və televiziya filmləri sahəsində ən son tendensiyaları təbliğ etməkdir.

 





11.09.2019    çap et  çap et