525.Az

“Panasonic” istehsalı məhdudlaşdırır


 

“Panasonic” istehsalı məhdudlaşdırır<b style="color:red"></b>

2014-cü ilədək Yaponiyanın məişət elektronikası istehsalçısı “Panasonic” şirkəti yarımkeçiricilərin istehsalı ilə məşğul olan əməkdaşlar ştatını iki dəfə azaldacaq və xarici aktivlərdən imtina edəcək.
 
Belə ki, şirkətin İndoneziya, Çin, Malayziya və Sinqapurda yerləşən fabrikləri fəaliyyətini dayandıracaq və bəziləri satışa çıxarılacaq. Yarımkeçiricilərin istehsalı üzrə bölmədə iş yerlərinin sayı ümumilikdə 14 mindən 7 minədək azaldılacaq.
 
Qeyd edək ki, yarımkeçiricilər sahəsi Yaponiya istehsalçısının fəaliyyətini məhdudlaşdırdığı üçüncü istehsal sahəsidir. Cari ilin avqustun sonunda şirkət tələbatın az olması səbəbindən smartfonlar bazarını tərk edib, oktyabrın əvvəlində plazma panellərin istehsalını dayandırıb. Şirkətin hələlik mənfəət əldə etdiyi yeganə sahə günəş batareyaları və tibbi avadanlıq istehsalıdır.

Bu il “Panasonic” avtomobil elektron cihazları kimi bazarlarda iştirakını genişləndirmək, habelə radar və parktroniklərin istehsalına başlamaq qərarına gəlib. Bundan başqa, istehsalçının dünya televizor bazarındakı payı da azalmaqda davam edir. Belə ki, Yaponiyanın “Sony”, “Panasonic” və “Sharp” şirkətlərinin dünya televizor bazarında payı ümumilikdə 20 faizi ötmür. Öz növbəsində Koreya istehsalçıları “Samsung” və “LG Electronics” bazarda müvafiq olaraq 27,7 və 15 faizlik paya sahibdirlər.

RİTN

 





24.10.2013    çap et  çap et