525.Az

Pərvin Gözəlov Beynəlxalq Muzeylər Şurasının Baş Konfransında - Fotolar


 

Pərvin Gözəlov Beynəlxalq Muzeylər Şurasının Baş Konfransında - <b style="color:red">Fotolar</b>

Sentyabrın 1-dən 7-dək “QƏSR – Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq” İctimai Birliyinin sədrinin birinci müavini, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov Yaponiyanın Kyoto şəhərində Beynəlxalq Muzeylər Şurasının 25-ci Baş Konfransında iştirak edib.

Yaponiya səfəri ilə bağlı “525”ə təəssüratlarını bölüşən P.Gözəlov qeyd edib ki, konfrans çərçivəsində Beynəlxalq Muzeylər Şurasının və qurumun tərkibində fəaliyyət göstərən ayrı-ayrı beynəxalq komitələrin hesabatları dinlənilib, idarə heyyətlərinə seçkilər keçirilib. Seçkilərdə P.Gözəlovun beynəlxalq komitənin idarə heyyətinə namizədliyi səsçoxluğu ilə qəbul edilib.

Beynəlxalq komitənin Kyoto Universitetində keçirilən iclasında tarixçi alimin “Azərbaycan SSR-nin və milli diviziyaların İkinci Dünya muharibəsindəki (1941-1945-ci il) qələbəsinə verdiyi tövhə” adlı elmi məruzəsi ingilis dilində dinlənilib və böyük maraqla qarşılanıb.
 
“Məruzəmdə Azərbaycan neftinin həlledici əhəmiyyəti, azərbaycanlılardan ibarət milli diviziyaların SSRİ və Şərqi Avropa ərazilərinin “Faşist Almaniyası”ndan azad edilməsində göstərdiyi qəhramanlıqların öz əksini tapıb. Çıxışız zamanı Milli Azərbaycan Tarixi Muzeyində saxlanılan, İkinci Dünya müharibəsi illərində Azərbaycan milli diviziya və batalyonlarının bayraqlarının fotoşəkilləri nümayiş etdirilib”, - deyə P.Gözəlov bildirib.

Tarixçi alim P.Gözəlov Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Böyük Vətən müharibəsi veteranları ilə keçirdiyi görüşlər, ölkə rəhbərliyinin onlara göstərdiyi yüksək qayğı və diqqət barədə beynəlxalq komitələrin üzvlərini məlumatlandırıb.

Səfər çərçivəsində P.Gözəlov Yaponiyanın Osaka şəhərində təşkil edilən qədim hərb sənəti – Katana qılınclarının tarixi-ənənəvi hazırlanma prosesilə tanış olub.

“Yapon mədəniyyətinin aktyor ustalığı ilə təqdim olunduğu “Konqoh Nohqakudo” teatrında “Noh” tamaşasına məhdud sayda (200 nəfərlik) dəvətlilər sırasında Azərbaycan nümayyəndəsi kimi yer alan P.Gözəlov Yaponiyada Mədəni İrsin qorunması və bərpası istiqamətində görülən işlərlə də yaxından tanış olmaq imkanı əldə edib: “Kyoto ətrafında qədim tarixi məbədlərin bərpa prosesilə tanış olarkən tədbiq etdikləri üsullar barədə kifayət qədər məluamt toplaya bildim”.

Qeyd edək ki, konfrans çərçivəsində keçirilən səsvermə ilə Suay Aksoy Beynəlxalq Muzeylər Şurasının ikinci dəfə prezidenti vəzifəsinə seçildib.

C.ABASOV

 





12.09.2019    çap et  çap et