525.Az

"Nizami" metrostansiyasında eskalatorlar yenilənəcək


 

"Nizami" metrostansiyasında eskalatorlar yenilənəcək<b style="color:red"></b>

“Bakı Metropoliteni” QSC 2026-cı ildən “Nizami” stansiyasında istismar müddətini başa çatdıracaq ekskalatorları yeniləri ilə əvəzləyəcək.

Bunu "APA-Economics"ə QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

Onun sözlərinə görə, aparılacaq işlərlə bağlı stansiyanın istifadəsi məhdudlaşdırılacaq.

“Hazırda “Cəfər Cabbarlı” stansiyasında əsaslı təmir və yenidənqurma işləri aparılır. “Xətai” stansiyasından fərqli olaraq “Cəfər Cabbarlı”da təmir işləri stansiyanı bağlamadan aparılır. Ümumiyyətlə, bu cür təmir işləri davamlı olaraq aparılacaq, lakin böyük həcmli əsaslı təmir və yenidənqurma işlərinə 2026-cı ildən etibarən başlanacağı gözlənilir”, - deyə H. Məmmədov qeyd edib.

 





12.09.2019    çap et  çap et