525.Az

Türkiyənin 20-dən çox ölkədə səfiri dəyişib


 

Türkiyənin 20-dən çox ölkədə səfiri dəyişib<b style="color:red"></b>

Türkiyənin 21 ölkədə səfiri dəyişib.

APA-nın “gazeteabc.com”a istinadən verdiyi xəbərə görə, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu vəzifəyə yeni təyin olunan səfirlərə aidiyyəti təlimatı verib.

Türkiyənin Türkmənistan, Banqladeş, Şri-Lanka, Şimali Makedoniya, Belarus, Estoniya, Qazaxıstan, İordaniya, Qvatemala, Belçika, Bolqarıstan, Madaqaskar, Kosta-Rika, Dominikan Respublikası, Trinidad və Tobaqo, Qambiya, Çad, Laos, Çili, Qabon və Əlcəzairdəki səfirləri dəyişib.

 





13.09.2019    çap et  çap et