525.Az

Türkiyədə terror aktı: ölənlərin sayı 7-yə çatdı - Yenilənib


 

Türkiyədə terror aktı: ölənlərin sayı 7-yə çatdı - <b style="color:red">Yenilənib </b>

Türkiyənin Diyarbəkir vilayətində törədilən partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. Nazir deyib ki, terror hadisəsində yaralanan 13 nəfərdən 3 nəfəri xəstəxanada ölüb.
 
*** 12 sentyabr, 21:59

Diyarbəkir vilayətinin Kulp və Muş şəhərləri arasındakı magistral yolda yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb.

APA "RİA Novosti"yə istinadən xəbər verir ki, yaralılar dövlət şəhər xəstəxanasına yerləşdirilib.

Partlayışın PKK terrorçuları tərəfindən törədildiyi xəbər verilir.

 





13.09.2019    çap et  çap et