525.Az

Nazir: "Kölgə iqtisadiyyatı, əsasən, qeyri-neft sektorunun payına düşür"


 

Nazir: "Kölgə iqtisadiyyatı, əsasən, qeyri-neft sektorunun payına düşür"<b style="color:red"></b>

Bu ilin ilk yarısında Azərbaycanın qeyri-neft sektorundan dövlət büdcəsinə proqnozdan əlavə vergi daxilolmalarının məbləği 180 mln. manata yaxın olub.

"APA-Economics"in məlumatına görə, bunu “Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” adlı beynəlxalq elmi-praktik konfransında çıxış edən Vergilər naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, bu göstərici proqnozdan 112% artıq olub.

"Azərbaycan iqtisadiyyatının strukturuna nəzər saldıqda, kölgə iqtisadiyyatının məhz qeyri-neft sektorunda əhəmiyyətli mövcudluğunu müşahidə etmək olar", - deyə nazir bildirib.

M. Cabbarov onu da qeyd edib ki, kölgə iqtisadiyyatının miqyasının azaldılmasına yönələn vergi islahatlar sırasında əmək münasibətlərin şəffaflaşması mühüm yer tutur.

"Ümumilikdə, qeyri-neft sektoru üzrə dövriyyələrə nəzər salanda cari ilin 7 ayı ərzində ÜDM-in nominal ifadədə 8,3% artığı halda, Vergilər Nazirliyinin məlumatına əsasən, bu sektorda dövriyyələrin artımı bundan 1,4 faiz bəndi çox, yəni, 9,7% təşkil edib. Xüsusilə, dövr ərzində istehsal və topdan satış üzrə ümumi dövriyyə 17,8%, pərakəndə ticarət dövriyyəsi 36,3%, iaşənin dövriyyəsi isə 26% artıb", - deyə nazir əlavə edib.

 





13.09.2019    çap et  çap et