525.Az

Novruz Məmmədov gürcü həmkarını təbrik etdi


 

Novruz Məmmədov gürcü həmkarını təbrik etdi<b style="color:red"></b>

Azərbaycanın baş naziri Novruz Məmmədov Giorgi Qaxarianı Gürcüstanın baş naziri təyin olunması münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, bu barədə baş nazir Novruz Məmmədovun “Twitter” səhifəsində qeyd olunub.

"Giorgi Qaxarianı Gürcüstanın baş naziri təyin olunması münasibətilə təbrik edirəm. Azərbaycan və Gürcüstanı dostluq münasibətləri bağlayır. Dost Gürcüstan xalqının firavanlığı naminə ona gələcək fəaliyyətində uğurlar arzulayıram”, - deyə, Azərbaycanın baş naziri bildirib.

 





13.09.2019    çap et  çap et