525.Az

Yaponiyada “Naxçıvan xanlığına məxsus üç bayraq” kitabının təqdimatı oldu - Foto


 

Yaponiyada “Naxçıvan xanlığına məxsus üç bayraq” kitabının təqdimatı oldu - <b style="color:red">Foto </b>

Yaponiyanın Kioto şəhərində “QƏSR – Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq” İctimai Birliyinin sədrinin birinci müavini, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlovun ingilis dilində nəşr edilən “Naxçıvan xanlığına məxsus üç bayraq” adlı kitabı ictimaiyyətə təqdim edilib.

Beynəlxalq Muzeylər Şurasının 25-ci Baş Konfransında Azərbaycanı təmsil edən tarixçi alim P.Gözəlov müəllifi olduğu kitabın təqdimat mərasimini Kioto Milli Muzeyində keçirib.

Mərasimdə çıxış edən müəllif bildirilib ki, Naxçıvan xanlığının XVIII-XIX əsrlərə aid üç bayrağını 2015-ci ildə aşkar edib və elmi dövriyiyə salıb.

P.Gözəlov Naxçıvan xanlığının iki bayrağını Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Artilleriya Hərbi-Tarix, Raket və Rabitə Qoşunları Muzeyinin fondunda aşkar edib:

“Bayraqlardan biri Naxçıvan xanlığının “Dövlət bayrağı”nın üzərində səkkizgüşəli ulduz və aypara kompozisiyası və dini yazılar əks olunub. Muzey fondunda saxlanılan ikinci bayraq isə xanlığın ikirəngli – yaşıl və qırmızı zolaqlı, üzərində səkkizgüşəli ulduz rəmzi olan “Döyüş bayrağı”dır”.

Tarixçi alim Naxçıvan xanlığının üçüncü - “Müttəfiq-döyüş bayrağı”nı isə “Dövlət Ermitajı” muzeyinin fondunda saxlanılan kitab-albomdan aşkar edib:

“Bu bayraq 1812-ci il, 19-20 oktyabr tarixində baş verən Aslandüz döyüşündə iştirak edən Naxçıvanlı Kərbalı xanın oğlu Hüseyn Qulu bəyin əsir düşdüyü vaxt qənimət kimi götürülüb”.

P.Gözəlov xarici ölkə nümayəndələrinə Azərbaycanın qədim dövlətçilik ənənələri, şərəfli dövlətçilik tarixini əks etdirən və xarici muzeylərdə qorunan materiallar barədə ətraflı məlumat verib.

Qeyd edək ki, “Naxçıvan xanlığına məxsus üç bayraq” kitabının nüsxələri muzeyin kitabxanasına, Beynəlxalq Muzeylər Şurasının Prezidentinə və İdarə Heyyətinin üzvlərinə təqdim olunub.

C.ABASOV

 





13.09.2019    çap et  çap et