525.Az

Bakı Marionet Teatrı Fransada çıxış edəcək


 

Bakı Marionet Teatrı Fransada çıxış edəcək<b style="color:red"></b>

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi daha bir uğura imza atıb.

AZƏRTAC xəbər verir ki, idarənin strukturuna aid olan Bakı Marionet Teatrı Fransanın Şarlevil-Mezyer şəhərində Beynəlxalq Marionet Festivalında "Leylı və Məcnun" tamaşası ilə çıxış edəcək.

Qeyd edək ki, Marionet Teatrı Azərbaycanı beynəlxalq festivalda təmsil etmək hüququ qazanan ilk teatrdır. Bu vəsilə ilə Marionet Teatrı zəngin və rəngarəng Azərbaycan mədəniyyətini Fransa və dünya xalqlarına tanıdacaq.

 





13.09.2019    çap et  çap et