525.Az

63 ildən sonra...


 

63 ildən sonra...<b style="color:red"></b>

Ölkəmizdə ilk televiziya verilişləri 63 il bundan əvvəl efirə gedib. Bu sehrli aləm düz 63 ildir, Azərbaycan  tamaşaçısını ağuşuna almaqdadır.

Fəaliyyətə başladıqdan sonra azı 30 il ağ-qara görünüşlü, hərdən rəngsiz də deyilən veriliş və reportajların nə  qədər  rəng  çaları olduğunu  zaman  ötdükcə  daha  dərindən  dərk  edirik.  Bu rəngsizlik  içərisində  böyük  rəngarənglik,  ağ-qaranın  saysız  palitrasını  yaradan  Azərbaycan  televiziyaçılıq  məktəbinin  zaman-zaman  xatırlanacaq nə  qədər  peşəkar  nümayəndələri olub.  Dünya  sivilizasiyasına  inanılmaz  təkan  verən,  tarixən  çox  qısa zaman  kəsiyində  bütün  dünyaya məhz ondan baxmağı,  ondan  görməyi  diktə, bəlkə də  məcbur  edən  televiziya  ən  böyük idarə  edəndir desək, daha  konkret  olardı.

Dünyada televiziya verilişlərinin yayım fəaliyyəti bizə qədər çox-çox əvvəl başlayıb. Ümumi televiziya, radio dünyasına qoşulan Azərbaycan tamaşaçısı, dinləyicisi xalqın min illərdir formalaşan yazılı və şifahi mədəniyyət nümunələrini ekran-efirdən daha çox görüb, daha çox eşidib. Bu vasitə yazılı, şifahi ədəbiyyat və digər mətbu nümunələrindən xalqa daha yaxın olub.

Bu gün kommunikasiya  və  virtual  aləmin  inkişaf  perspektivləri  çox aydın  görünürsə  belə,  yenə  də  sistemli  televiziya  verilişləri  öz  funksionerliyini  saxlamağla  davam  edir.  Bu mənada  ölkədə  fəaliyyət  göstərən  xeyli  özəl  və  müstəqil  televiziya  kanalları  peşəkarlıq  baxımından  böyük bir ənənənin  davamçıları  kimi öz  auditoriyalarını  yaratmağa nail olmuşlar. Etiraf  etmək  lazımdır  ki,  müstəqillik  illərindən  sonra  yaranmış televiziyalar müəyyən  qədər  "ata  ocağı" kimi  qəbul  edilən Azərbaycan  Televiziyasının  arxiv  materiallarından tutmuş,  texniki  və  peşəkarlıq xüsusiyyətlərindən   bəhrələnə  bilmişlər.

Peşəkarlıqla  yanaşı,  xalqa,  millətə,  əsl  dövlətçiliyə  yaradıcı  xidmətin  ideologiyası  keşiyində də birmənalı  olaraq  dayanan məhz Azərbaycan  Televiziya  və  Radiosu  olmuşdur.  İllər  ərzində bu məkana  ən  müxtəlif  peşə sahibləri rəhbərlik  etmiş,  əsasən  ideoloji  olaraq  öz  funksiyalarını  yerinə  yetirmişlər.

Azərbaycan televiziyasının, yəni Az.TV-nin əsas ideologiyası Azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında cəmiyyətin ən müxtəlif  tərəflərini işıqlandırmaqla yanaşı, onun ədəbiyyatına, mədəniyyətinə, ictimai əxlaqının formalaşmasına  müstəsna xidmət etmək olub. Təəssüf ki, kifayət qədər ənənələri olan televiziyamızda zaman-zaman xoşagəlməz hadisələrin şahidi də olmuşuq. Televiziyada  illərlə  can  qoymuş,  fədakarlıq,  bəlkə də  fanatiklik göstərmiş  yaradıcı insanlara  son  dövrlərə  qədər  göstərilən  ögey münasibət  cəmiyyətdə  birmənalı   qarşılanmamışdır.  Nəhayət,  63 ildən sonra  verilmiş  bir  sərəncam -    özü  də  televiziyanın  tarixində  ilk  dəfə olaraq  məhz  Azərbaycan  jurnalistika məktəbinin  yetirməsi haqqında verilən  sərəncam radio  və televiziyaçıların  sönməkdə  olan inamlarını  özünə  qaytardı  desək,  səhv  etmərik.

Sərəncam verilməzdən  aylar  əvvəl  icraçılığı  dövründə  aparılmış  islahatlar,  sadalanmaqla  qurtarmayan  xeyli  sayda  illərlə  gözlənilən  yeni  verilişlər,  yaradıcı  və  peşəkarlara göstərilən  diqqət,  qayğı  bütün  Azərbaycan  Televiziya  və  Radio  işçiləri  adından  onu  deməyə əsas  verir ki,  hamılıqla  deyək,  Sizə  təşəkkür  edirik  cənab  Prezident!

Və  bir  də  Azərbaycan  Televiziyası, Radiosunun çoxsaylı  kollektivi  adından demək  istərdik  ki,  sıralarımıza  xoş gəldiniz, Rövşən  Məmmədov!

Mahəddin ƏSGƏR

 





13.09.2019    çap et  çap et