525.Az

Sabahın hava proqnozu


 

Sabahın hava proqnozu<b style="color:red"></b>

Sentyabrın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

ETSN-dən APA-ya bildirilib ki, havanın temperaturu  gecə 16-20° isti, gündüz  24-27° isti, Bakıda gecə 16-18° isti, gündüz  25-27° isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan yüksək 763  mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət  55-65 % olacaq.  

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə şimşək  çaxacağı, arabir yağış yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə leysan xarakterli  olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman oacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz  24-29° isti, dağlarda gecə 5-10° isti, gündüz  10-15° isti təşkil edəcək.

 





14.09.2019    çap et  çap et