525.Az

Məktəblərin ətrafında piyada keçidləri yenilənir


 

Məktəblərin ətrafında piyada keçidləri yenilənir<b style="color:red"></b>

Orta məktəblərin ətraflarında şagirdlərin və digər piyadaların təhlükəsizliyinin təmin edilməsi üçün mövcud piyada keçidlərinin yenilənməsi işləri davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, son iki həftə ərzində 30-dan artıq məktəb binasının ətrafında “piyada keçidi” üfuqi yol nişanlanma xətti bərpa edilib.

Ümumilikdə ayın sonunadək 100-dən çox məktəbin ətrafında müvafiq işlərin görülməsi, çatışmayan yol nişanlarının quraşdırılması nəzərdə tutulub.

 





14.09.2019    çap et  çap et