525.Az

ADPU-nun Elmi Şurasının iclası keçirilib


 

ADPU-nun Elmi Şurasının iclası keçirilib <b style="color:red"></b>

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının 2019-2020-ci tədris ili üçün ilk iclası keçirilib.

ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov iclası giriş sözü ilə açaraq bildirib ki, iclasın gündəliyinə "Elmi Şuranın tərkibində dəyişikliyin edilməsi barədə", "ADPU-nun 2018-2019-cu tədris ilinin yaz-yay imtahan sessiyalarının nəticələri və 2019-2020-ci tədris ilinə hazırlığın vəziyyəti haqqında", "2019-2020-ci tədris ili üçün ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə qəbulun nəticələri haqqında" və cari məsələlər daxildir. Rektor Cəfər Cəfərov Elmi Şura üzvlərini yeni tədris ili münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb.

Təhsil işçilərinin sentyabrın 11-də keçirilən respublika konfransı barədə məlumat verən rektor bildirib ki, konfransda ötən tədris ilinin yekunları müzakirə edilib, 2019-2020-ci tədris ilinin əsas istiqamətləri və qarşıda duran hədəflər diqqətə çatdırılıb. Konfransda təhsil naziri Ceyhun Bayramov qeyd edib ki, bu il yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərin 4/1-i müəllimlik peşəsini seçiblər. Konfransda mən Pedaqoji Universitet adından müəllim hazırlığı, bu sahədə yeni trendlərlə bağlı çıxış etdim. Müəllimlərin İşə Qəbulu Müsabiqəsində 55 min nəfər namizəd iştirak edib. Onların uğur qazanan xeyli hissəsi ADPU-nun məzunlarıdır. Hazırda ADPU-da filiallar və Azərbaycan Dövlət Pedaqoji Kolleci (ADPK) ilə birlikdə 20480 nəfər tələbə təhsil alır. Bu il 365 nəfər gənc 500-dən yüksək bal toplayaraq ADPU-ya qəbul olunub. Cari tədris ilində ADPU-ya qəbul planı 96,4 faiz dolub. Yeni tədris ilindən başlayaraq ADPU-nun SABAH qruplarında 4 ixtisas tədris olunacaq. Bütün bu yüksək göstəricilər bizdən daha əzmlə, daha məsuliyyətlə çalışmağı tələb edir.

"Elmi Şuranın tərkibində dəyişikliyin edilməsi barədə" Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov çıxış edib. Dosent E.Aslanov Elmi Şuranın yeni tərkibi, həmçinin fakültə və kafedraların adlarının dəyişdirilməsi barədə məlumat verib.

Cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Sonda rektor Cəfər Cəfərov yeni tədris ilində qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verib.

S.QARAYEVA

 





15.09.2019    çap et  çap et