525.Az

AQTİ-nin Kompleks Tədqiqatlar Laboratoriyasına infotur


 

AQTİ-nin Kompleks Tədqiqatlar Laboratoriyasına infotur <b style="color:red"></b>

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən Kompleks Tədqiqatlar Laboratoriyasına infotur təşkil edilib.

AQTİ-dən verilən məlumata görə, infoturda 30-a yaxın jurnalist iştirak edib.

İnfotur çərçivəsində media nümayəndələrinə Kompleks Tədqiqatlar Laboratoriyasının fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verilib. Bildirilib ki, laboratoriyada dünyanın qabaqcıl ölkələrinin laboratoriyalarında təcrübə keçmiş kimyaçılar, mikrobioloqlar, genetiklər və digər ixtisaslı yüksək peşəkarlığa malik mütəxəssislər fəaliyyət göstərirlər.

Hazırda Kompleks Tədqiqatlar Laboratoriyası müasir tələblərə cavab verən cihaz və avadanlıqlarla təchiz olunmuş müxtəlif təyinatlı 6 bölmədən ibarətdir. Bu bölmələrdə istifadə edilən müasir avadanlıqlar qida məhsullarının, baytarlıq preparatlarının, aqrokimyəvi maddələrin, qida əlavələrinin və qablaşdırılma materiallarının qısa zamanda müayinəsini həyata keçirməyə imkan verir.

Ölkəmizdə ilk dəfə məhz Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında qablaşdırma materiallarına miqrasiya edən toksikoloji maddələrin miqdarının təyini, uşaq qidalarının, eləcə də qida məhsullarının tərkibində naməlum və ya kənar maddələrin identifikasiyası üçün ən müasir texnologiyalar tətbiq edilir.

Laboratoriyalarda baytarlıq preparatları və aqrokimyəvi maddələrin tərkibi və keyfiyyət göstəricilərinin müayinələri aparılır. Eyni zamanda, qida məhsullarında aqrokimyəvi maddələr, preparatlar, vaksinlər və pestisidlərin qalıq miqdarının sınaqları beynəlxalq standartların tələblərinə uyğun olaraq yüksək dəqiqlik, həssaslıq və seçiciliklə həyata keçirilir.

Laboratoriyaların xidmətlərindən sahibkarlarla yanaşı, vətəndaşlar da yararlana bilərlər. İstehlak etdiyi məhsulun tərkibi, keyfiyyəti və təhlükəsizliyi ilə bağlı şübhələri olan vətəndaşlar Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına müraciət etmək imkanındadırlar.

CEYHUN

 





15.09.2019    çap et  çap et