525.Az

"Su-35" və "Be-200" təyyarələri İstanbul səmasında


 

"Su-35" və "Be-200" təyyarələri İstanbul səmasında <b style="color:red"></b>

Rusiyanın çoxfunksiyalı “Su-35” qırıcısı və “Be-200” amfibiya təyyarəsi bazar günü İstanbul səmasında sınaq uçuşları həyata keçirib.

APA xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Rusiya təyyarələri 17-22 sentyabr tarixlərində keçiriləcək “Teknofest” texnologiya festivalında iştirak etmək üçün İstanbula gəlib.

Agentliyin məlumatına görə, qırıcının pilotu 15 dəqiqə ərzində yüksək səviyyədə aerobatika qabiliyyətini nümayiş etdirib. Onun ardınca görünən “Be-200” yanğını söndürmək üçün manevrlər göstərib.

Qeyd edək ki, bir müddət əvvəl təyyarə sənayesindəki mənbələrdən biri “TASS” agentliyinə bildirib ki, Rusiya “Teknofest” festivalına Ankaranı maraqlandıran çoxfunksiyalı “Su-35” qırıcısını göndərməyi planlaşdırır.

Onun sözlərinə görə, sərgidə “MS-21”, “Sukhoi Superjet 100”, “Be-200” amfibiya təyyarələrinin də iştirak edəcəyi gözlənilir.

 





16.09.2019    çap et  çap et